30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa "Bakı" forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib.

"Neftçi"nin iki futbolçusu Rəhman Hacıyev və Voyislav Stankoviç üçün Misli Premyer Liqasının XXXV turu yubileylə yadda qalıb. Matc.az xəbər verir ki, "Kəpəz"lə görüşdə iştirak edən adıçəkilən oyunçular Azərbaycan çempionatlarındakı ümumi matç sayını müvafiq olaraq 250 və 200-ə çatdırıblar.
 
Hacıyev 2008-09 mövsümündən Premyer Liqada iştirak edir. 30 yaşlı yarımmüdafiəçi 14 illik karyerası nda 4 klubun formasını geyinib. O, bu müddətdə ümumilikdə 27 qol vurub. Hacıyev "Neftçi"də 144 görüşdə 14, "Bakı"da 44 matçda 2, "Şamaxı"da 44 qarşılaşmada 8, "Sumqayıt"da isə 18 oyunda 3 qol vurub.
 
Stankoviç isə 200 oyuna 3 komandanın tərkibində çıxıb. Onun debütü 2014-15 mövsümünə təsadüf edib. Serbiyalı müdafiəçi 8 mövsümdə aktivnə 9 qol yazdırıb. 36 yaşlı futbolçu "İnter"də (indiki "Şamaxı") 12 (1 qol), "Qəbələ"də 92 (1 qol), "Neftçi"də 96 (7 qol) dəfə meydana çıxıb.
 
Qeyd edək ki, "Kəpəz" – "Neftçi" oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest