"Neftçi" sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri müəyyənləşib.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Albaniyada çalışacaq.

Bordin "Tirana" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Roberto  Bordin 2018-2020-ci illərdə "Neftçi"də işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest