"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 36-cı turunun "Neftçi" ilə oyunundan sonra (0:1) danışıb. Matc.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
"Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bu hədəfə çatmışıq. Futbolçularıma göstərdikləri nizam-intizama görə təşəkkür edirəm! Son 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə etmişdik. Buna görə də onlara minnətdaram! Təkcə xal baxımından yox, keyfiyyət və psixoloji cəhətdən mövsümü uğurlu sayıram.
 
Yusif İmanov və Bəxtiyar Həsənalızadə ilə avrokuboklarda oynamağı düşünürük. Bu necə sualdır? Bunu özünüz düşünürsünüz? Siz həmişə neqativ suallar verdiyiniz üçün emosiya nümayiş etdirirəm.
 
Bəzi mövqelərdə çıxış edən futbolçularla müqavilələri uzatmaq məsələsi haqda hələ gözləyirik. Beş futbolçu transfer edə bilərik. "Neftçi" ilə oyundan öncə müqavilə müddətinin bitməsi ilə bağlı futbolçularla danışmamışıq. Onlarla danışmadan burada sizə məlumat vermək düzgün olmaz.
 
Ehtimal var ki, təlim-məşq toplanışını Qəbələdə keçirə bilərik. Bütün oyunçular bizə qoşulduqdan sonra Avstriyaya yollanacağıq.
 
Bəli, istirahət üçün Krasnodara gedəcəyəm. Dənizə getməyi planlaşdırıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest