"I və II liqaların yaradılması ürəyimcədir. Amma bu dəyişikliklər çoxdan olmalıydı". Bunu matc.az saytına açıqlamasında veteran futbolçu Vidadi Rzayev deyib.
 
I və II liqaların yaradılmasını müsbət qarşılayan mütəxəssis qərardan razı qalıb: "Həmişə deyirdim ki, I divizonla əvəzedicilərin çempionatı ayrılmalı, II dəstə yaradılmalıdı və II dəstədən komandalar I dəstəyə, I dəstədən isə Premyer Liqaya çıxmalıdı. Bu, idman prinsiplərinə uyğun strategiyadı. Bu qərarlardan çox razı qaldım. Ancaq yenə deyirəm ki, ən azı 10 il əvvəl bu qərara gəlməli idilər".
 
Onun fikrincə, aşağı liqada meydançaların durumu ürəkaçan deyil: "Yeganə ürəkaçan olmayan məqam II liqadakı komandaların meydançalarıdı. İnternet vasitəsilə II liqanın oyunlarını izləyirəm, fraqmentlərə baxıram, meydançaların durumu yaxşı deyil. Bu proseslərə çoxdan başlanılsaydı, artıq meydança problemləri də həll edilmiş olardı və o vaxtdan bu yana nə qədər yeni futbolçu çıxardı. I divizonda yaş limiti qoyulmuşdu. Həmin vaxt bilirsiniz nə qədər futbolçu itdi, batdı? çünki onlara Premyer Liqada yer yox idi, legionerlər oynayırdılar, I divizionda da həmin qərardan sonra təcrübəli futbolçular heç kimə lazım olmadı. Amma indiki qərarları alqışlayıram. Klubların meydança problem də həll edilsə, əla olar".
 
Azərbaycan millisinin sabiq üzvü sponsor məsələsi üzərində çalışmağın vacibliyini vurğulayıb: "I və II liqada çıxış edən klublara da sponsorlar tapılmalı, maliyyə tərəfləri güclənməlidi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest