24 Oktyabr 2023, 16:20
MPL
Azərbaycan Premyer Liqasında II turunun təxirə salınmış oyununun təyinatları bəlli olub. Matc.az xəbər verir ki, "Sumqayıt"la "Sabah" arasında birincilərin meydanında keçiriləcək görüşdə Rəşad Əhmədov ədaləti qoruyacaq.
Cəmil Quliyev, Eyyub İbrahimov yan xətt, Rövşən Rəcəbov isə ehtiyat hakim qismində fəaliyyət göstərəcək. Tural Qurbanov VAR, Elşad Abdullayev AVAR olacaq. Hakimlərin işini hakim-inspektor Rəhim Həsənov qiymətləndirəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Qeyd edək ki, sabah "Kapital Bank Arena"da keçiriləcək oyun saat 18:30-da başlayacaq.