"Məncə, məndən daha çox onların özləri ilə bağlıdır. Emosiya göstərdiyim üçün qırmızı vərəqə göstərirlər".

"Sabah" Azərbaycan Premyer Liqasının II turunun təxirə salınmış matçında "Sumqayıt"la qarşılaşıb (0:1). Matc.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı Murad Musayev öncə oyunla bağlı fikirlərini bölüşüb:
 
"İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq".
 
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
 
- 3-4 gün əvvəl də "Sumqayıt"la oyunda ilk hissədə məğlub duruma düşmüşdüz. Amma geridönüş etmişdiz. Bu gün nə alınmadı?
 
- Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.
 
- Kahim Parris və Cesse Sekidikaya çox şans verirsiz. Onların performansını necə dəyərləndirirsiz?
 
- Heç kimi müsbət dəyərləndirə bilmərəm. çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik.
 
- Bu məğlubiyyət psixoloji təzyiq yaratmayacaq?
 
- Peşəm elədir ki, təzyiq hər gün var.
 
- Yenə qırmızı vərəqə aldınız. Hakimlərin sizinlə problemi nədir?
 
- Məncə, məndən daha çox onların özləri ilə bağlıdır. Emosiya göstərdiyim üçün qırmızı vərəqə göstərirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest