"Qarabağ" haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir"

"Araz Naxçıvan" Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"la qarşılaşacaq. Matc.az xəbər verir ki, zədədən qayıdan yarımmüdafiəçi İsmail Azzaui Bugünkü məşqdən klubun rəsmi saytına açıqlama verib.
 
O, son çempionla matça hazır olduğunu bildirib:
 
"ötən həftə ayağımda problem var idi. Zədəm "Qəbələ" ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. "Qarabağ"la oyuna demək olar, 100 faiz hazıram".
 
Azzaui Ağdam təmsilçisini Azərbaycanın ən güclü klubu adlandırıb:
 
"Qarabağ" haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq".
 
Xatırladaq ki, "Araz-Naxçıvan" – "Qarabağ" oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest