Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib. Matc.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Zirə" evdə "Səbail"i qəbul edib. Gərgin keçən qarşılaşmada 4 qol vurulub. Komandalar meydandan 1 xalla ayrılıb. 
 
Günün ikinci oyununda isə autsayder "Kəpəz" qərb derbisi çərçivəsində "Turan Tovuz"la qarşılaşıb. Matça üstün başlayan tərəf ev sahibi komandası olub. Rəqibinə aman verməyən Tovuz təmsilçisi 4 cavabsız qolla qarşılaşmadan qalib ayrılıb.
 
Premyer Liqa
XI tur
28 oktyabr (şənbə)
 
"Zirə" - "Səbail" 2:2
Qollar: İssa Cibrila, 19; Rüstəm Əhmədzadə 79 - Pedro Nuno, 31, 34.
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov. 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 46. Taleh Fərmanov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç.
Baş məşqçi: Rəşad Sadıqov.
"Səbail": 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Baş hakim: Rauf Cabarov.
Zirə İdman Kompleksinin stadionu, 16:00. 
 
"Turan Tovuz" - "Kəpəz" 4:0
Qollar: Otto Con, 45; Roderik Miller, 55; Sərtan Taşkın, 58; Luis Paçu, 67 
"Turan Tovuz": 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
"Kəpəz": 96. İqor Rodriqes 7. Ehtiram Şahverdiyev 14. Elçin Əlicanov 8. Elmir Tağıyev 22. Rüfət Əhmədov 26. Adama Niane91. Latir Fal 25. Georgi Papunaşvili 9. Mate Kvirkviya 78. Yeqor Xvalko (k) 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek 12. Kamran İbrahimov 3. Vurğun Hüseynov 11. Elnur Cəfərov 99. Əli Səmədov 4. Vüsal Məsimov 88. Şakir Seyidov20. Mahir Həsənov 6. Nemət Musayev 15. Cavad Kərimov.
Baş məşqçi: Azər Məmmədov.
Baş hakim: İnqilab Məmmədov.
Tovuz şəhər stadionu, 19:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest