"Neftçi" Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"la qarşılaşacaq. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Rəhman Hacıyev qarşılaşma ilə bağlı klubun televiziyasına açıqlama verib.
 
O, Masazır təmsilçisi ilə oyuna çox yaxşı hazırlaşdıqlarını deyib:
 
"Səbail"ə qarşı sonuncu matçda qələbə qazandıq. Bizi növbəti çətin qarşılaşma gözləyir. Meydana üç xal üçün çıxacağıq. çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir.
 
Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağ cinahda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam".
 
Oktyabrın 29-da "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Sabah" matçı saat 18:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest