07 Aprel 2019, 20:07
DÖYÜŞ NÖVLƏRİ
Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turniri keçirilib. Matc.az xəbər verir ki, yarışda gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Zaur Əliyev (55 kq) gümüş medal qazanıb.
Ramin İsrayilov (67 kq) və Sərxan Məmmədov (130 kq) isə 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov bu yarışda ədaləti qoruyub.