Cənubi Koreya millisinin hücumçusu Son Xın Min DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin II turunda Çin üzərində qələbənin memarı olub. Matc.az xəbər verir ki, görüşdə dubla imza atan ulduz futbolçu millidəki 115-ci oyununda qollarının sayını 40-a çatdırıb.
 
31 yaşlı forvard Cənubi Koreya tarixində ən məhsuldar 3-cü oyunçu olub. O, yalnız Hvan Son Xon (103 oyunda 50 qol) və Ça Bom Qından (136 oyunda 58 qol) geri qalır.
 
Qeyd edək ki, Çini 3:0 hesabı ilə məğlub edən Cənubi Koreya 6 xalla C qrupuna başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest