“Braqa” cütün favoritidi. Ancaq biz buna önəm vermədən mübarizə aparacağıq”.
 
Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə Portuqaliyada keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
Qurbanov onları maraqlı mübarizə gözlədiyini bildirib: “Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”.
 
Çalışdırıcı iki komanda arasında müqayisəni doğru hesab etmir: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir”.
Qeyd edək ki, sabah keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest