"Bavariya" heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi Ekvadorun "Aukas" klubunda çıxış edən Vircilio Olayanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

17 yaşlı mərkəz müdafiəçisi fevral ayında "Bavariya"nın düşərgəsinə qoşulacaq. Gənc oyunçu ilə 4,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Vircilio Olaya bu mövsüm "Aukas"ın heyətində 5 oyunda meydana çıxıb. O, Ekvadorun U-17 millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest