22 Fevral 2024, 17:22
FUTBOL
Rusiyalı Aleksandr Kerjakovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı baş tutmayıb. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, gənc mütəxəssisin adı “Sabah”la birgə hallanırdı.
Murad Musayevin gedişindən sonra baş məşqçi axtarışında olan bakılılara təklif olunanlardan biri də Kerjakov idi. Lakin nə klub, nə də 41 yaşlı məşqçi özü buna razılıq verib. “Sabah” rəhbərliyi başqa namizədlər üzərində çalışmağı məqsədəuyğun bilib. Oğlunun məktəbi ilə əlaqədar Serbiyada qalan Kerjakov isə bir müddət orada qalacağını açıqlayıb.
Qeyd edək ki, Murad Musayevin gedişindən sonra “Sabah” oyunlara baş məşqçisiz çıxır.