22 Fevral 2024, 17:51
FUTBOL
“Mançester Yunayted”in sahibi Cim Ratkliff klubun qısa və uzunmüddətli hədəflərindən danışıb. Matc.az xəbər verir ki, o, gələn mövsüm çempion olmaq istədiklərini bildirib.
Biznesmen həmçinin “qırmızı şeytanlar”ın Çempionlar Liqasında da söz sahibi olmasını arzulayır: “Qısa müddətdə ən yaxşı nəticəni əldə etməliyik. Məsələn, gələn mövsüm çempion olmaq istəyirik. Tək istəyimiz Premyer Liqa və Çempionlar Liqasını qazanmaq uğrunda daim mübarizə aparmaqdı. “Mançester Yunayted” dünyanın ən böyük klubudu”.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşır.