07 Mart 2024, 12:24
FUTBOL
“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə çağırılıb. Matc.az xəbər verir ki, gənc oyunçu komandanın Macarıstanın Seqed şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Baş məşqçi Ruslan Rotan 22 oyunçuya dəvət göndərib ki, onlardan biri də Quliyevdi. Komanda martın 27-dək davam edəcək hazırlıq çərçivəsində ayın 25-də Yaponiyanın U-21 yığması ilə yoxlama görüşü keçirəcək.
Bu da Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Ukraynalılar 26 iyul – 11 avqust aralığında təşkil olunacaq olimpiadada iştirak edəcək.
Qeyd edək ki, Eldar Quliyev “Zirə”yə ötən il Ukraynanın “Minay” klubundan keçib.