20 May 2024, 10:42
MPL
Premyer Liqanın XXXV turunda “Turan Tovuz” üzərində 4:3 hesablı qələbə qazanan “Qarabağ” cari mövsümdəki qol sayını 95-ə çatdırıb. Matc.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin klub tarixində mütləq rekorddu.
Qurban Qurbanovun yetirmələri eyni zamanda Azərbaycan çempionatlarının son 27 ilinin ən yüksək göstəricisinə imza atıb. 1997-ci ildən bəri heç bir komanda mövsüm ərzində bu qədər fərqlənməmişdi. Sonuncu ən yüksək məhsuldarlıq 1996-97 mövsümündə 98 qol vuran “Neftçi”yə məxsusdu.
“Qarabağ” ümumilikdə ölkə çempionatları tarixində 4-cü yüksək məhsuldarlıq nümayiş etdirib. 1992-ci il mövsümündə “Neftçi” 104, Sumqayıt “Xəzər”i isə 100 dəfə fərqlənib.