Liderdən 1 xal geri qalan “Qaradağ Lökbatan” da şansını davam etdirir. Adıçəkilən komanda bunun üçün səfərdə “Mingəçevir”i məğlub etməli və “Şamaxı”nın büdrəməsinə ümid etməlidi.

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komanda bu gün müəyyənləşəcək. Matc.az xəbər verir ki, I Liqanın sonuncu – XXVII turunun oyunları ilə yarışın qalibi bəlli olacaq.

Son tur öncəsi “Şamaxı” 54 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi doğma arenasında autsayder “Araz Saatlı”ya qalib gəlsə, I Liqanın qalibi kimi Premyer Liqaya dönüşünü rəsmiləşdirəcək.

Liderdən 1 xal geri qalan “Qaradağ Lökbatan” da şansını davam etdirir. Adıçəkilən komanda bunun üçün səfərdə “Mingəçevir”i məğlub etməli və “Şamaxı”nın büdrəməsinə ümid etməlidi. Turun bütün qarşılaşmaları saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan "Qəbələ" elita ilə vidalaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest