Yeni "fair-play" mükafatı təsis olunur.

Azərbaycan futbolunda yeni mükafat təsis olunacaq. Matc.az xəbər verir ki, bu, "fair-play" mükafatı olacaq.

Bu barədə Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verilib. Bildirilib ki, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda qeydə alınmış "fair-play" epizodlarına əsasən bu mükafat sahibi tapacaq.

Qeyd edək ki, Premyer Liqanın yeni mövsümü avqustun 2-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest