16 İyul 2024, 23:36
ÇEMPİONLAR LİQASI
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, bu gün Cəbəllütariqin “Linkoln” klubu doğma meydanda “Hamrun”u qəbul edib. Görüşün əsas vaxtı Malta təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda “Linkoln” eyni hesabla qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) cəbəllütariqlilər növbəti raunda vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk matçı 23 iyul tarixində səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.