Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Matc.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Qırğızıstan təmsilçisi Amantur İsmayılovla qarşılaşıb.

Təmsilçimiz rəqibinə 8:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, bu, sayca Azərbaycanın Paris-2024-də qazandığı dördüncü medaldır. Daha əvvəl cüdoçular Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (-92 kq)isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest