Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib. UEFA yarımfinal mərhələsində baş tutan iki qarşılaşmadan sonra 4 namizəd seçib. Onlardan ikisi "Arsenal"ın formasını geyinir.

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA yarımfinal mərhələsində baş tutan iki qarşılaşmadan sonra 4 namizəd seçib.

Onlardan ikisi "Arsenal"ın formasını geyinir. Belə ki, "topçular"ın hücumçuları Pyer-Emerik Obameyanq və Aleksandr Lyakazett ən yaxşı olmaq üçün həm bir-biriləri, həm də Ruben Loftus-çik ("çelsi") və Kevin Trappla ("Ayntraxt") yarışacaqlar.

Azarkeşlər arasında aparılacaq səsvermənin qalibi sabah bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest