Məhəmməd Salah “Liverpul”un danışıqlara yanaşmasından narazıdı. Matc.az xəbər verir ki, misirli hücumçunun müqaviləsi mövsümün sonuna qədərdi.

Salah müqavilənin uzadılmasını müzakirə etmək təklifi almadığını bildirib. Futbolçu buna görə məyusluğunu gizlətməyib. Ulduz futbolçu hətta yeni 1 illik sazişə də razıdı. Klub rəhbərliyi Salahın meneceri Rami Abbasla danışıqlar müsbət getdiyini vurğulasa da, futbolçu özü bunun zəif getdiyini düşünür.

32 yaşlı ön xətt oyunçusunun prioriteti “mersisaydlılar”la yeni müqavilə imzalamaqdı. O, bu mövsüm “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasını qazanmaq istəyir. Forvard bu üzdən PSJ-nin təklifini rədd edib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest