Debütü 2014/15 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.

“Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XIX turuna təsadüf edib.

27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/15 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Nəcəfov üç klubda forma geyinib. Xəyal “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest