İngiltərə kubokunda 2018/19 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, turnir "Uembli" stadionunda keçirilən "Mançester Siti" – "Uotford" görüşü ilə başa çatıb. İlk yarıda 2 qol vuran mançesterlilər fasilədən sonra daha 4 dəfə fərqləniblər - 6:0.
"Mançester Siti" 8 ildən sonra kuboku başı üzərinə qaldırıb. Bu, "şəhərlilərin" tarixində 6-cı İngiltərə kubokudu. Bununla, "Mançester Siti" tarixi nailiyyətə imza atıb. Belə ki, "şəhərlilər" daxili arenadakı hər üç titula sahib çıxıblar. Pep Qvardiolanın yetirmələri bu qələbə ilə tripl müəllifi olub. Bunadək Liqa kuboku və Premyer Liqanın da qalibi olan "Mançester Siti" İngiltərədə mövsümün bütün titullarına sahib çıxıb.
"Mançester Siti" İngiltərədə hər üç mükafatı qazanan ilk komanda kimi tarixə düşüb. Bunadək "Mançester Yunayted" və "Liverpul" tripl müəllifi olsa da, onların əldə etdiyi üç mükafatdan ikisi daxili, biri avrokubok yarışlarında əldə olunub. "Mançester Yunayted" 1999-cu ildə çempionlar Liqası, Premyer Liqa və İngiltərə kubokunu, mersisaydlılar UEFA kuboku, İngiltərə kuboku və Liqa kubokunu qazanıb.
Pep Qvardiolanın yetirmələri isə İngiltərə futbolunda tarix yazaraq ilk müəllifi olublar. Düzdür, qadın futbolunda oxşar nailiyyət olub. 2011-ci ildə "Arsenal"ın xanımlardan ibarət komandası üç mükafat Premyer əldə edib. Londonlular Premyer Liqa, İngiltərə kuboku və Liqa kubokunu qazanıblar.
Qeyd edək ki, "Mançester Siti" tarixində 6-cı dəfə İngiltərə kubokuna yiyələnib.
İngiltərə kuboku
Final
18 may
"Mançester Siti" – "Uotford" – 6:0
David Silva, 26, Sterlinq, 38, 81, 87, De Bruyne, 61, Jezus, 68