850-ci topun müəllifi Vasiliye Bakiç olub.

“Şamaxı” Azərbaycan çempionatlarında yubiley - 850-ci qolunu vurub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.

Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib. Ayxan Abbasovun komandası səfərdə “Səbail”i 2:0 hesablı məğlubiyyətə uğradıb.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb.

Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest