"Hazırda bütün diqqətimiz klubun Premyer Liqada qalmasına yönəlib. Oyunlar bitdikdən sonra müqavilə məsələlərindən danışa bilərik"

"Kəpəz"in qapıçısı Rojerio Santosun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Matc.az saytına açıqlama verən portuqaliyalı qolkiper gələcəyi haqda danışıb. 26 yaşlı "əlcək sahibi" hazırda qarşıdakı oyunlara kökləndiyini bildirib:

"İndiki vəziyyətdə bu haqda bir söz deyə bilmərəm. Hazırda bütün diqqətimiz klubun Premyer Liqada qalmasına yönəlib. Oyunlar bitdikdən sonra müqavilə məsələlərindən danışa bilərik".

Qeyd edək ki, Rojerio Santos mövsümün əvvəlindən "Kəpəz"də çıxış edir. Təcrübəli qapıçı Gəncə təmsilçisinin heyətində 27 rəsmi oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest