“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi Almaniyaya rahat üstünlüklə yollanır.
Belə ki, ilk görüşdə “Barselona” rəqibini 4:0 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşmasında ispanların qapıçısı Voyçex Şensnı klub tarixində əfsanəvi Yohan Kroyfa məxsus rekordu təkrarlamaq şansı əldə edəcək.
Əgər polşalı qolkiper Dortmundda gözlənildiyi kimi meydana çıxsa və “Barselona” məğlub olmasa, bu, Şesnının klubdakı debütündən bəri ardıcıl 23-cü məğlubiyyətsiz oyunu olacaq. Beləliklə, o, 1973-74 mövsümündə “Barselona”da ilk 23 oyunu məğlubiyyətsiz keçirən Kroyfun rekordunu təkrarlamış olacaq. İndiyədək Şensnının iştirak etdiyi 22 oyunda “Barselona” 19 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
Qeyd edək ki, Şensnı ötən ilin oktyabrında “Barselona”ya keçib və mövsümün sonuna qədər müqavilə imzalayıb.