17 Aprel 2025, 12:51
MPL
Mövsümün sonunda "Araz-Naxçıvan"ı tərk edəcək futbolçulardan biri məlum olub.
Matc.az saytının məlumatına görə, Premyer Liqa klubu Sezar Meza Kolli ilə yola davam etməyəcək.
Paraqvaylı yarımmmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayacaq. 33 yaşlı futbolçu yayda komandanı tərk edəcək.
Qeyd edək ki, Sezar Meza Kolli ötən ilin oktyabr ayından "Araz-Naxçıvan"da çıxış edir. Təcrübəli oyunçu Muxtar Respublika təmsilçisinin heyətində 17 rəsmi oyunda 1 qol vurub.