"Siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!"

"Qarabağ" Misli Premyer Liqasının 31-ci turunda "Neftçi" ilə qarşılaşacaq.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin yazırmmüdafiəçisi Kadi Borges matçdan öncə videomüraciətlə azarkeşlərə səslənib. Braziliyalı futbolçu onları stadiona dəvət edib:

"Salam "Qarabağ" azarkeşləri. Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləyəcəyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!"

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 19 aprel tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest