Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

"Şamaxı" doğma meydanda "Kəpəz"i qəbul edəcək. "Sumqayıt" isə səfərdə "Zirə2 ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti turun oyunları 25-28 aprel tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
XXXI tur
20 aprel

16:30. "Şamaxı" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu

19:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
Zirə İK stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest