21 Aprel 2025, 12:09
MPL
Misli Premyer Liqasının 31-ci turunun "Sumqayıt"la matçı “Zirə”nin futbolçusu Məqsəd İsayev üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Məqsədin yubiley matçı komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İsayev Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. Məqsəd Azərbaycan çempionatları tarixində 250-dən çox oyun keçirən 76-cı futbolçudur. Təcrübəli oyunçu bu göstəriciyə 6 klubda çatıb. O, “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.
Qeyd edək ki, Məqsəd Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.