Bu gün Bakının Kürdəxanı qəsəbəsində inşası davam edən "Hünər" təlim-məşq bazasının istismara hazır olan təbii ot örtüklü meydançasının açılış mərasimi keçirilib.
Matc.az xəbər verir ki, tədbirdə "Turan Tovuz" klubunun rəhbərliyi, baş məşqçi Kurban Berdiyev, millət vəkilləri, futbol veteranları iştirak ediblər.
Açılış mərasimindən öncə çıxış edən "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev bunları deyib: "Bu layihə bizim ehtiyatlarımızdan irəli gəlib. Komanda məşq keçmək üçün şəhərin bir başından o biri başına gedirdi. Mən çox narahat idim. Şadam ki, bu problemi aradan götürə bildik".
Ümumi sahəsi 5 hektardan çox olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə daha 2 təbii ot örtüklü meydança salınacaq.
İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşağı, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub