23 Aprel 2025, 11:33
MPL
22 yaşlı yarımmüdafiəçi İstanbulda "Liv Hospital Vadistanbul"da artroskopik əməliyyat olunub. Futbolçu iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq.
"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunub.
Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İstanbulda "Liv Hospital Vadistanbul"da artroskopik əməliyyat olunub. Futbolçu iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq.
Azərbaycan milli komandasının üzvü təqribən 3 ay sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, Emil Səfərov Misli Premyer Liqasının 29-cu turunun "Şamaxı" ilə səfər matçında (2:0) zədələnib. Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib.