“Turan Tovuz” azarkeşlərinə görə ziyana düşüb. Qonaq fanatlar pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Belə ki, “Turan Tovuz”la oyunun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 500 manat cərimələnib. Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Turan Tovuz” isə azarkeşlərinə görə ziyana düşüb. Qonaq fanatlar pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə olunub.

“Kəpəz”lə oyunun 85-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 500 manat cərimə edilib.

Eyni matçda “Kəpəz” tərəfindən ehtiyat skamyaya dəymiş zərər klub tərəfindən ödəniləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest