“Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub daha 800 manat cərimələnib. Azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə “Sabah”a 1500 manat da cərimə tətbiq edilib.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib:

“Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib. Bundan başqa, “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub daha 800 manat cərimələnib. Azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə “Sabah”a 1500 manat da cərimə tətbiq edilib.

"Neftçi" də kubok oyununa görə cərimələnib. Belə ki,  klubunun azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest