2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.

“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.

Matc.az xəbər verir ki, 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/25 mövsümünün qızıl medalını XXXII turda təmin edib.

2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.

Bədavi bununla da Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb. Sabiq yarımmüdafiəçi 6 fərqli klubda 11 qızıla sahib çıxıb. O, “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) bu sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest