"Çelsi"nin müdafiəçisi Ris Ceyms İspaniya La Liqasında çıxış edə bilər.

Matc.az "El Nacional"a istinadən xəbər verir ki, "Barselona" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. Katalonya klubu yaxın vaxtlarda "Çelsi" ilə danışıqlara başlamağa hazırlaşır.

"Barselona" 25 yaşlı sağ cinah müdafiəçisi üçün 30 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. Kapitan bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 2 qol vurub, 1 assit edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest