Qadınlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi ev oyunu üçün ilkin heyəti müəyyənləşib.
Matc.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
Yekun heyət mayın 25-də açıqlanacaq.
C Liqasında IV qrupun oyunu mayın 30-da Bayıl stadionunda təşkil olunacaq. Görüş saat 18:00-da başlanacaq.
Milliyə 25 futbolçu dəvət olunub:
1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)
2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)
3. Günay İsmayılova – Neftçi
4. Mehriban Şahməmmədova – Neftçi
5. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
6. Manə Mollayeva – Neftçi
7. Fidan Cəfərova – Neftçi
8. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
9. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)
10. Vüsalə Seyfəddinova – Neftçi
11. Firəngiz Teymurova – Neftçi
12. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
13. Coşqunə Əliyeva – Neftçi
14. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya)
15. Ayşən Əhmədova - Ünyespor (Türkiyə)
16. Alina Dorofeyeva - Rubin Kazan (Rusiya)
17. Diana Məmmədova - Rubin Kazan (Rusiya)
18. Milana Rəhimova - Ünyespor (Türkiyə)
19. Ayşən Salamzadə - Neftçi
20. Xanım Əsədova – Neftçi
21. Aysun Muradova - Gölbaşı Belediye Spor (Türkiyə)
22. Alina Nəhmədova – Neftçi
23. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
24. Esra Manya - Fatih Vətən (Türkiyə)
25. Mədinə Curuqova – Neftçi
26. Röya Əliyeva – Sumqayıt
27. Məhsumə Nəzərli – Neftçi
28. Aydan Əkbərova - Baku Juniors
29. Aysu Əsədova - Sabah