Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

"Turan-Tovuz" doğma meydanda "Zirə"ni qəbul edəcək. "Karvan-Yevlax" isə səfərdə "Sabah"ın qonağı olacaq.

Misli Premyer Liqası
XXIX tur
27 aprel (bazar ertəsi)


18:00. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

20:00. "Sabah" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
"Bank Respublika Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest