İtaliyanın "Yuventus" klubu baş məşqçisi İqor Tudor ilə yeni müqavilə bağlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı məşqçi komandaya 2027-ci il iyunun 30-na kimi rəhbərlik edəcək və müqavilənin daha bir il uzadılma imkanı var.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatının 2024/2025 mövsümünü turnir cədvəlində dördüncü pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest