Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.

Matc.az xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn yığmamız həlledi görüşdə Niderlandla qarşılaşıb.

Görüş rəqibin komandanın 21:12 hesablı qələbəsi ilə başa çatıb. Beləlilkə, Azərbaycan millisi turnirin gümüş medalarını qazanıb.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest