13 Oktyabr 2025, 16:58
FUTBOL
"Beşiktaş"ın müdafiəçisi Qabriel Paulista İstanbulun digər klubuna keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
"Beşiktaş" yanvar ayında braziliyalı futbolçu ilə yollarını ayırmaq istəyir. Bu, baş versə, "Fənərbaxça" Paulista üçün hərəkətə keçəcək.
Braziliyanın "Korintians" klubu da 34 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, Qabriel Paulista bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.