"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

"Bavariya" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini gələn ilin yayında transfer etmək istəyir. Keçidin 50 milyon avroya gerçəkləşmək ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 8 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest