Dünya çempionu, Argentina milli komandası və "İnter Mayami"nin hücumçusu Lionel Messi digər idman növlərindən ən böyük idmançılar haqqında sualı cavablandırdı.
Matc.az xəbər verir ki, o, Maradonadan sonra Maykl Cordana pərəstiş etdiyini vurğulayıb.
"Biz argentinalılar üçün Maradona bizim ən böyük bütümüz və heyranlıq mənbəyimiz idi. Hələ kiçik olsam da və onun oyunlarının çoxunu canlı görməsəm də, Dieqo bütün sərhədləri aşdı.
Digər idman növlərindən danışmışkən, eyni şeyi açıq-aydın Maykl Cordan haqqında demək olar. Mən həmçinin Rocer Federer, Rafail Nadal və Novak Cokoviç kimi tennisçilərə də heyranam. Onlar arasında rəqabəti daha yüksək səviyyəyə qaldırdılar. Ən yaxşı titulu uğrunda uzun mübarizə və gərgin rəqabət onları inanılmaz idmançılara çevirdi.
Yəqin ki, bir çoxunu qeyd etməyi unutmuşam, amma daha bir neçəsini qeyd etməli olsaydım, basketbolçular Lebron Ceyms və Stef Kerrini deyərdim. Onlara da heyranam. Düşünürəm ki, onlar oyunu dərindən başa düşürlər və hər biri basketbolu özünəməxsus şəkildə yeni bir səviyyəyə qaldırıb".












