"Mançester Siti" "Köln"ün futbolçusu Said El Malanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola almaniyalı vingerin oyununu bəyənir. "Mançester Siti" yaxın vaxtlarda 19 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Bundesliqa təmsilçisi gənc futbolçunu 40 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Almaniya millisinə də dəvət alan Said El Mala bu mövsüm "Köln"ün heyətində keçirdiyi 12 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest