Braziliyalı hücumçu Neymar kkaryerası ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu "Santos"da qalmaq istədiyini bildirib.

"Mənim prioritetim həmişə "Santos"dur", - Neymar Braziliya çempionatında het-trik edərək komandasının düşmə zonasından çıxmasına kömək etdikdən sonra deyib.

Ümumilikdə, Neymar bu mövsüm 29 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest