"Sabah"la oyunda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "ağ-qaralar" 5000 manat cərimə edilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

"Sabah"la oyunda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal  cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "ağ-qaralar" 5000 manat cərimə edilib.

“İmişli” ilə matçın 90+13-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Klub isə 1000 manat cərimələnib.

Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest