Türkiyədə hazırlıq prosesini davam etdirən "Zirə" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Türkiyədə hazırlıq prosesini davam etdirən "Zirə" bu gün növbəti yoxlama ooyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu ölkənin "Iğdır" komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 4:3 hesablı qələbəsi ilə nəticələnib. "Zirə"nin heyətində Yeqor Boqomolski dubla imza atıb. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Qeyd edək ki, "Zirə" daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" klubu ilə qarşılaşıb və rəqibinə 3:4 hesabı ilə uduzub. Həmçinin paytaxt təmsilçisi Özbəkistan klubu "Navbahor"la da üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.






_1693395834.png)






