"Liverpul"un baş məşqçisi Arne Slot hücumçu Məhəmməd Salahın Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun "İnter" (0:1) ilə səfər oyununda heyətdən kənarlaşdırılması qərarını kimin verdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

"Biz klub olaraq onu "İnter"lə oyuna aparmamaq qərarına gəldik və mən də bu qərarda iştirak etmişəm. Mən həmişə rəhbərliklə əlaqə saxlayıram, amma heyət və ya oyun günü heyəti ilə bağlı qərarlara gəldikdə, bu, həmişə mənim ixtiyarımdadır. Bu o demək deyil ki, idman direktoru Riçard Hyuzla danışmıram. Lakin oyunçunu meydanda saxlamaq və ya heyətə daxil etmək barədə son qərar tamamilə mənimdir. Və bu, həmişə belə olub", - deyə Slot bildirib.

Qeyd edək ki, Salah oyun vaxtının əsassız şəkildə azaldılmasından şikayətlənərək "Liverpul"u tənqid etmişdi. Nəticədə, hücumçu UEFA Çempionlar Liqası matçı üçün heyətdən kənarlaşdırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest